\"Tesla\" bir il ərzində milyonlarla avtomobil SATDI

10:58 / 29.12.2023
960

ABŞ-nin elektromobil istehsalçısı "Tesla" daha bir uğura imza atıb.

HİT.az xəbər verir ki, şirkətinin avtomobilləri ABŞ-də ən çox satılanlar siyahısında zirvədə yer alıb.

"Tesla" cari ilin dördüncü rübündə 473 min ədəd avtomobil satıb. İl ərzində satılan "Tesla" modellərinin sayı isə 1,82 milyon ədədi keçib. Bu da 2022-ci il ilə müqayisədə 37% artım deməkdir.

Buna baxmayaraq, İlon Maskın 2023-cü ildə 2 milyon ədəd avtomobil satmaq hədəfi reallaşmayıb. 

Şirkətin 2024-cü il üçün satış hədəfi də 2,14 milyondan 2,04 milyon ədədə endirilib. 

Pərviz

0