"Volvo" satışlarında REKORD

AVTO
10:48 / 07.01.2024
822

Dünyanın ən prestijli avtomobil şirkətlərindən olan "Volvo Cars" 2023-cü ildə yeni rekord qırıb. 

Hit.az xəbər verir ki, şirkət tarixinin ən çox avtomobil satdığı ilini yaşayıb.

Belə ki, "Volvo" ötən il dünya miqyasında 708 min 716 ədəd avtomobil satıb. Bu isə şirkət üçün rekord göstəricidir. 

Üstəlik, onların 113 min 419 ədədi tamamilə elektrikli olub. Bu da öz növbəsində 2022-ci illə müqayisədə 70% artım deməkdir. Həmçinin, "Volvo"nun elektromobilləri dünyada 2023-cü ildə satılan sözügedən modellərin 16 faizini təşkil edib.

"XC60" modeli isə 228 min 646 ədədlə keçən il "Volvo"nun ən çox satılan avtomobili olub. 

Pərviz

0