Türkiyənin ən sürətlə böyüyən avtomobil markası bəlli oldu

AVTO
10:34 / 08.01.2024
875

2023-cü ildə Türkiyədə ən sürətlə böyüyən avtomobil markasının adı bəlli olub.

Hit.az xəbər verir ki, İngiltərənin nəhəng avtomobil istehsalçısı MG sözügedən uğura nail olub.

Belə ki, MG ötən il ərzində qardaş ölkədə 14 min 458 ədəd avtomobil satıb. Bu isə 2022-ci illə müqayisədə 9 dəfə artım deməkdir. Həmçinin, Türkiyədə ən çox satılan elektromobillər arasında da MG modelləri əsas yerlərdən birini tutub. 

Bu səbəbdən də həmin marka "Türkiyənin ən sürətlə böyüyən avtomobil markası" mükafatını qazanıb. 

 

0