\"Porsche\" yeni elektromobil istehsal edəcək

10:45 / 15.01.2024
869

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Porsche" yeni elektromobil istehsal edəcək.

Hit.az xəbər verir ki, "Macan" modelinin elektrikli versiyası istehsal olunacaq.

100% elektrikli olacaq modelin təqdimatı keçiriləcək. Sözügedən innovativ avtomobil 100 kVt/saat tutumlu akkumulyatorla təchiz olunacaq və 500 kilometrdən çox məsafə qət edəcək.

Qeyd olunub ki, 270 kVt-a qədər doldurma sürətini dəstəkləyəcək avtomobil sadəcə 22 dəqiqə ərzində 10 faizdən 80 faizə qədər enerji yığa biləcək. Həmçinin, avtomobilin 4 dəqiqəlik şarjla 100 kilometr məsafə qət edə biləcəyi də vurğulanıb.

Onu da əlavə edək ki, "Porsche" 2030-cu ilə qədər satışlarının 80 faizini elektrikli avtomobillərdən təşkil etməyi hədəfləyir.

Pərviz

0