Avropada avtomobil krizi: Bu markalar istehsalı DAYANDIRDI

AVTO
10:39 / 16.01.2024
899

Avropadakı avtomobil böhranı böyüyür.

Hit.az xəbər verir ki, artıq 3 şirkət avtomobil istehsalını dayandırıb.

Belə ki, "Tesla" və "Volvo"nun ardından "Suzuki" də Avropadakı istehsalını müvəqqəti olaraq dayandırıb. Sözügedən qərar Macarıstandakı zavod üçün verilib. Bildirilib ki, 15-21 yanvar tarixləri arasında istehsal dayanacaq. Yəməndəki müharibənin tədarükə zərbə vurduğu üçün bu qərarın verildiyi açıqlanıb. 

Qeyd edək ki, sözügedən qərarların avtomobil bazarlarına da təsirsiz ötüşmədiyi görünür. Alıcıların sözügedən 3 avtomobil markasına olan etimadında azalma müşahidə olunur. Üstəlik, "Tesla", "Volvo" və "Suzuki" hissələrində geriləmə yaşanıb. Bunun satışlara da mənfi təsir göstərəcəyi proqnozlaşdırılır. 

Pərviz

0