Bu model dizeldən imtina edir - FOTO

AVTO
11:03 / 18.01.2024
930

ABŞ-nin nəhəng avtomobil istehsalçısı "Ford" "Kuga" modelini yeniləyib.

Hit.az xəbər verir ki, ən böyük yenilik dizellə bağlı olacaq.

Belə ki, artıq sözügedən model dizel mühərrikinə sahib olmayacaq. Yenilənmiş "Kuga" 243 at gücünə malik təkrar doldurulan hibrid mühərriklə təmin olunub. Bu güclü mühərrikin daxili yanma hissəsi 2,5 litr həcmə malikdir. 

Avtomobildəki yeni 13,2 düymlük multimedia ekranı isə bütün modellərdə standart olacaq və SYNC 4 proqram təminatından istifadə olunacaq.

Qeyd edək ki, "Ford Kuga" modelinin nə zaman satışa çıxarılacağı və qiyməti barədə heç bir məlumat verilməyib. Ancaq bu barədə yaxın zamanda açıqlama verilməsi gözlənilir.

Pərviz

0