Avropada avtomobil satışları azaldı

AVTO
10:38 / 19.01.2024
901

Avropa İttifaqında avtomobil satışlarında azalma statistikası qeydə alınıb. 

Hit.az xəbər verir ki, Avropa İttifaqına daxil olan ölkələrdə avtomobil satışları son 16 ayda ilk dəfə azalıb.

Bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb. Belə ki, Almaniyadakı tələbin azalmasından sonra satışlar dekabr ayında 3,3% geriləyib. Almaniyanın özündə də yeni avtomobil satışları dekabrda 23 faiz azalıb. Lakin 2023-cü ildə oradakı satışlar cəmi 7,3 faiz artıb.

Məlumatlarına əsasən, Avropa İttifaqı, Böyük Britaniya və Avropa Sərbəst Ticarət Birliyində yeni avtomobil satışları dekabrda 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azalaraq 1,05 milyona düşüb. Bununla da Avropa İttifaqında avtomobil satışları 16 ildən sonra ilk dəfə azalıb.

Amma 2023-cü ilin 12 ayı ərzində isə Avropa İttifaqında yeni avtomobil satışlarının əvvəlki ilə nisbətən 13,9 faiz artaraq 10,5 milyona çatdığı bildirilib. Ötən ildə yeni avtomobil satışları İtaliyada 18,9 faiz, İspaniyada 16,7 faiz, Fransada isə 16,1 faiz artıb.

Pərviz

0