\"Skoda\" satışları artıb, yoxsa azalıb? - STATİSTİKA 

10:29 / 23.01.2024
899

Dünyanın ən məşhur avtomobil markalarından olan "Skoda"nın da 2023-cü ildəki satış statistikaları məlum olub.

Hit.az xəbər verir ki, ötən il şirkətin gəlirləri artıb.

Belə ki, "Skoda" 2023-cü ildə 866 min 800 ədəd avtomobil satmağa nail olub. Bu isə satışların 18,5% artması deməkdir. Ən çox satılan "Skoda" modelləri isə "Superb", "Octavia" və "Scala" olub.

"Skoda"nın ən çox satılan ölkələrdən biri də Türkiyə olub. Sözügedən model qardaş ölkədə 35 mindən çox avtomobil satılıb. Bu isə ötən illə müqayisədə 15,500-dən çox artım deməkdir. 

Pərviz

0