"Opel"in bu modeli geri qayıdır - FOTO

AVTO
10:19 / 25.01.2024
903

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Opel" maraqlı addım atıb.

Hit.az xəbər verir ki, keçmişdə böyük marağa səbəb olan "Frontera" modeli geri qayıdır. 

Sözügedən modelin bu il yenidən satışa çıxarılacağı açıqlanıb. Modern dizaynı ilə diqqət çəkən avtomobil ilin sonunda satışda olacaq. Onun tamamilə elektrikli olacağı bildirilib. 

Üstəlik, bu model "Opel"in yeni loqosunun yer aldığı ilk avtomobil olaraq diqqət çəkir. Şirkət "Frontera" modeli haqqında daha ətraflı məlumatı yaxın zamanda ictimaiyyətə paylaşacağını elan edib.

Pərviz

0