"Toyota"dan elektromobillərlə bağlı ŞOK AÇIQLAMA

AVTO
10:37 / 26.01.2024
984

Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Toyota"nın rəhbəri Akio Toyoda son açıqlaması ilə diqqət çəkib. 

Hit.az xəbər verir ki, onun elektromobillərlə bağlı sözləri gündəmi zəbt edib.

"Toyota"nın rəhbəri elektromobillərin gözləntiləri tam olaraq doğrultmayacağını iddia edib. O, sözügedən modellərin avtomobil satışlarının 30 faizini belə keçə bilməyəcəyini proqnozlaşdırıb. 

Toyodanın sözlərinə görə, daxili yanma mühərrikləri bazarın qalan hissəsini təşkil etməyə davam edəcək. Şirkətin rəhbəri hesab edir ki, tam elektrikli avtomobillərə keçid etmək doğru deyil. Lakin o, hibrid avtomobillərin daha da populyarlaşacağını deyib. 

Pərviz

0