1,6 milyard yardım bəs etmədi: Daha bir şirkət ixtisara gedir

AVTO
10:37 / 30.01.2024
813

İsveçin avtomobil istehsalçısı "Poletsar" ixtisara gedir.

Hit.az xəbər verir ki, şirkət işçilərinin 15 faizini işdən çıxaracaq.

Daha dəqiq desək, dünya miqyasında şirkətdə çalışan 450 nəfər ixtisara düşəcək. Bunun bazardakı mövcud vəziyyətlə əlaqədar olaraq məcburi atılan addım olduğu açıqlanıb:
"Biznes planımız çərçivəsində həm əməliyyatlarımızın, həm də işlərimizin ölçüsünü yenidən təşkil etməli olacağıq. Bu kontekstdə xarici xərclərimizi azaldacağıq və təəssüf ki, işçi qüvvəmizi də kiçildəcəyik."

Qeyd edək ki, "Poletsar" 2023-cü ildə "Volvo" və "Geely" şirkətlərindən 1,6 milyard dollar yardım alıb. Onu da əlavə edək ki, "Poletsar" ötən il 60 min avtomobil satmağı hədəfləyirdi. Lakin 54 min 600 satış həyata keçirildi. Buna baxmayaraq, 2025-ci ilə qədər sözügedən markanın bazardakı payının artacağı proqnozlaşdırılır. 

Pərviz

0