Türkiyədə satılan ən bahalı avtomobillər hansılardır? - SİYAHI

AVTO
13:16 / 08.02.2024
961

Türkiyədə satılan avtomobillərlə bağlı daha bir statistika açıqlanıb.

Hit.az xəbər verir ki, qardaş ölkədə yanvar ayında satılan ən bahalı avtomobil markalarının adları məlum olub.

Bu barədə statistikanı Avtomobil Distribyutorları və Mobillik Dərnəyi (ODMD) ictimaiyyətə paylaşıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,7% artıq avtomobil satılıb. 

Yanvar ayında Türkiyə satılan avtomobillərin siyahısı isə aşağıdakı kimidir:

1. "Mercedes" - 1718
2. "Audi" - 1265
3. BMW - 666
4. "Volvo" - 665
5. "Jeep" - 405
6. DS - 403
7. "Cupra" - 368
8. "Land Rover" - 143
9. "Alfa Romeo" - 106
10. "Mini" - 97

Qeyd edək ki, ODMD məlumatlarına əsasən, "Ferrari" ötən ay qardaş ölkədə cəmi 2 avtomobil satıb. "Porsche" isə nisbətən daha uğurlu performans göstərərək 78 avtomobil satmağa nail olub. 

Pərviz

1