"Tesla" qiymətləri yenə endirdi

AVTO
10:23 / 12.02.2024
1023

ABŞ-nin nəhəng avtomobil istehsalçısı "Tesla"nın son addımı alıcıların ürəyincə olacaq.

Hit.az xəbər verir ki, şirkət avtomobil qiymətlərini növbəti dəfə endirib.

Avtomobil istehsalçısı Çin və Almaniyanın ardından bu dəfə də ABŞ bazarındakı qiymətləri aşağı salıb. 

"Tesla"nın internet saytında verilən məlumata əsasən, "Model Y" avtomobillərinin qiyməti 29 fevrala qədər aşağı salınıb. Lakin 1 martdan sonra sözügedən avtomobillərin qiymətlərinin 1000 dollar artacağı elan olunub. Hazırda isə "Model Y" avtomobillərinin ABŞ bazarındakı satış qiyməti 42 min 990 və 47 min 990 dollara qədər ucuzlaşıb. 

"Tesla"nın ucuz Çin avtomobilləri ilə rəqabət edə bilməsi üçün bu addımı atdığı deyilir. Şirkətin rəqiblərinə təzyiq yaratmaq məqsədilə qiymətləri endirdiyi də təxmin edilir. 

Pərviz

1