BMW mexanikdən imtina edir

AVTO
10:38 / 15.02.2024
1144

Almaniyanın nəhəng avtomobil istehsalçısı BMW sürpriz bir addım atmağa hazırlaşır.

Hit.az xəbər verir ki, şirkət "M" modellərində mexaniki sürət qutusunu ləğv etmək niyyətindədir. 

Belə ki, BMW yeni modellərdə üç pedal və mexaniki sürət qutusundan istifadəni artıq xərc olaraq görür. Satışların azalması fonunda bu addımın atılmasına qərar verilib. 

Sözügedən dəyişiklik "M2", "M3" və "M4" modellərini əhatə edəcək. "M40i" ləqəbli "Z4" modelinə də sonuncu dəfə üçüncü pedal əlavə oluncaq. Bundan sonrakı modellərdə isə 2 pedal olacaq. Artıq həmin modellər sadəcə avtomat sürət qutusu ilə istehsal olunacaq. 

Qeyd edək ki, BMW-nin "M" modellərini satın alan şəxslərin təxminən 70 faizinin mexaniki sürət qutusunu seçməməsi şirkəti belə radikal addım atmağa vadar edib. 

Pərviz

0