"Tesla"nın bu modelinda problem var - Paslanır

AVTO
11:37 / 16.02.2024
1179

ABŞ-nin elektromobil istehsalçısı "Tesla" ilə bağlı daha bir problem ortaya çıxıb.

Hit.az xəbər verir ki, ötən aylarda satışa çıxarılan "Cybertruck" modelində problem aşkarlanıb. 

Belə ki, sözügedən modeldəki paslanma problemi sürücüləri narahat edib. Paslanmaya səbəb isə yağış sularının olduğu ortaya çıxıb. Yağışdan iki gün sonra avtomobilin üzərində pas ləkələri meydana gəlir.

Artıq bununla bağlı dünya miqyasında sosial şəbəkələrdə çox sayda paylaşım edilib. Bunun isə avtomobilin satışlarına ciddi təsir edəcəyi proqnozlaşdırılır. 

Pərviz

1