Məşhur avtomobil istehsalçısı fəaliyyətini dayandırdı

10:50 / 20.02.2024
1184

Çinin məşhur avtomobil şirkəti "HiPhi" fəaliyyətini dayandırıb.

Hit.az xəbər verir ki, şirkət 6 ay müddətində istehsalı dayandırdığını elan edib.

Buna əsas səbəb olaraq tələblərin azalması göstərilir. Həmçinin, bazarda yaşanan durğunluq və iqtisadi problemlər səbəbindən şirkətin müflis olma ehtimalı belə mövcuddur. 

Artıq işçilərin zavodlara girişinə də məhdudiyyət tətbiq olunub. İşçilərə yanvar ayının maaşları ödəniləcək, amma fevral ayının maaşlarının 70 faizi hesablarına köçürüləcək. O da bildirilib ki, 6 aylıq müddət ərzində işçilərə minimum əməkhaqqı ödənəcək. 

Pərviz

0