"Jeep" 200 mindən çox avtomobili GERİ ÇAĞIRDI

AVTO
11:03 / 22.02.2024
1040

ABŞ-nin nəhəng avtomobil istehsalçısı "Jeep"də daha bir problem meydana gəlib.

Hit.az xəbər verir ki, şirkət 200 mindən çox avtomobilini geri çağırıb. 

Buna səbəb avtomobillərin ön şüşənin rezistorunda nasazlıq aşkar edilməsidir. Sözügedən problem "4xe"  modellərində meydana gəlib. Geri çağrılma qərarı 2020-2023-cü illərdə istehsal edilmiş 139.318 "Wrangler" və 2021-2023-cü illərdə istehsal edilmiş 59.825 "Grand Cherokee" əhatə edəcək. Qərarın icrasına 5 apreldən etibarən başlanılacağı açıqlanıb. 

Xatırladaq ki, "Jeep" daha öncə də 45 min "Wrangler 4xe" avtomobilini geri çağırmışdı. Çünki 8 avtomobildə şarj olunma zamanı qəfil alışdığı problemi meydana gəlmişdi. 

Pərviz

0