"Tesla" şokda: Satışlar kəskin AZALDI

AVTO
10:47 / 23.02.2024
1018

ABŞ-nin elektromobil istehsalçısı "Tesla" bu dəfə mənfi göstəricilərlə diqqət çəkib.

Hit.az xəbər verir ki, şirkətin satışları kəskin azalıb.

Belə ki, keçən ilin ən çox satılan avtomobillərindən biri olan "Tesla" bu ilin yanvar ayında şok yaşayıb. Çünki şirkətin modelləri ən çox satılan 10 avtomobil arasına girə bilməyib.

Sözügedən siyahının zirvəsində 23 min 696 avtomobil satışı ilə "Dacia Sandero" yer alıb. 17 min 247 avtomobil satan "Volkswagen Golf" ikinci, 15 min 883 satışla isə "Peugeot 208" üçüncü sırada qərarlaşıb. "Tesla" isə bu siyahıda 10 min 901 avtomobil sataraq 19-cu sırada qərarlaşıb.

Ekspertlər hesab edirlər ki, "Tesla"nın satışları azalmaqda davam edəcək. 

Pərviz

0