Çinin məşhur avtomobili Avropada istehsal olunacaq

AVTO
13:34 / 27.02.2024
1042

Çinin məşhur avtomobil şirkəti "Dacia"nın "Spring" modeli ilə bağlı sürpriz qərar verilib.

Hit.az xəbər verir ki, sözügedən ucuz elektromobil Avropada da istehsal olunacaq.

Hazırda Avropada ən çox satılan üçüncü elektromobil olan avtomobillə bağlı yeni qərarın isə bazara müsbət təsir edəcəyi ehtimal olunur. 

Son xəbərlərə əsasən, "Dacia" "Spring"  modelini Avropada istehsal edərək daha da ucuz qiymətə təklif etməyi düşünür. Hətta "Dacia Spring"in Avropadakı ən ucuz elektromobil olması hədəflənir. Hərçənd ki, ekspertlər sözügedən modelin belə ucuz olmasının əsas səbəbinin Çində istehsal olunmasında görür. 

Avropada istehsal olunduqdan sonra isə "Spring"in qiymətlərinin necə dəyişəcəyini zaman göstərəcək. 

Pərviz

 

0