"Porsche"nin yeni "Taycan" modeli belə olacaq - FOTOLAR 

AVTO
09:59 / 05.03.2024
1123

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Porsche" "Taycan" modelinin yeni versiyasını təqdim etməyə hazırlaşır.

Hit.az xəbər verir ki, ən dinamik "Taycan" modeli adlanan avtomobilin təqdimat mərasimi 11 martda keçiriləcək.

Sözügedən elektromobil "Taycan Turbo S"i 26 saniyə, "Tesla Model S Plaid"i isə 17,6 saniyə üstələyib. Avtomobilin yekun adının nə olacağı tam olaraq təsdiqlənməsə də, "Taycan Turbo GT" adlanması gözlənilir. O, 952 at gücündə olacaq. 

Üstəlik, bəhs edilən göstəricinin 1000-ə qədər artırılma ehtimalı da var. Bu avtomobilə 0-dan 100 km sürət yığması üçün sadəcə 2,1 saniyə kifayət edəcək.

Artıq avtomobilin ilkin şəkilləri də sızdırılıb. Həmin şəkilləri təqdim edirik:

Pərviz

0