Son zamanlarda satışa çıxarılan "Prius"ları almaq tövsiyə olunur?

AVTO
11:49 / 01.04.2024
1009

Ölkəmizdə taksilərlə bağlı yeni qərarın verilməsi bazara öz təsirini göstərib.

Hit.az xəbər verir ki, xüsusilə "Toyota Prius" markalı avtomobillərin kütləvi satışı başlanılıb.

Taksi sürücüləri sözügedən avtomobilləri sataraq digər modellərə yönəlirlər. Həmçinin, "Prius" sahibləri müxtəlif avtomobil elanı saytlarına da elanlar yerləşdiriblər. Onların avtomobillərini dəyərindən ucuz satışa çıxarması da olduqca diqqət çəkib.

Bəs həmin "Prius"ları satın almaq tövsiyə olunur?

Hit.az bununla bağlı avtomobil satışı ilə məşğul olan şəxslər və ustalardan məlumat alıb. Onlar, hazırda satışa çıxarılan "Prius"ları almağı məsləhət görmədiklərini deyiblər. Mütəxəssislər sözügedən avtomobillərin taksi kimi fəaliyyət göstərərkən pis vəziyyətdə düşməsindən gileyləniblər. 

Ustalar satışdakı "Prius"ların əksəriyyətinin istifadəyə yararsız olduğunu və hətta qəza riski daşıdığını önə sürüblər. Həmsöhbətlərimizin sözlərinə görə, "Prius"ların əvəzinə, yeni model avtomobil almaq sərfəlidir. 

Buna baxmayaraq, onlar, xaricdən "Prius" almağın daha məqsədəuyğun olacağını bildiriblər. Eyni zamanda, "Prius"un yeni modellərinin əvvəlkilərdən yaxşı olduğunu da diqqətə çatdırıblar.

Pərviz

0