"Renault" yeni modelini təqdim edəcək - FOTOLAR

AVTO
11:46 / 02.04.2024
981

Fransanın nəhəng avtomobil istehsalçısı "Renault" yeni modelini təqdim etməyə hazırlaşır.

Hit.az xəbər verir ki, yeni "Clio" modeli elektrikli olacaq.

Bu model Çinin "Geely" şirkəti ilə birlikdə istehsal olunacaq. Sözügedən avtomobilin 2026-cı ildə satışa çıxarılması hədəflənir. Ailə üçün nəzərdə tutulan yeni model "Renault 5"dən daha böyük olacaq. 

Avtomobilin daxili yanma mühərrikli və hibrid versiyası olacaq. "Renault"un avtomobilin qiymətini isə mümkün qədər ucuz etməyə çalışacağı bildirilir. Lakin ilkin proqnozlara əsasən, yeni "Clio" modelinin qiyməti təxninən 30 min avro civarında olacaq. 

Pərviz

0