\"Toyota\"dan açıqlama: \"Dizellə işləyən avtomobillər...\"

12:04 / 05.04.2024
1228

Qarşıdakı illərdə də hibrid və dizellə işləyən avtomobillərə maraq artmağa davam edəcək. 

Hit.az xəbər verir ki, bunu Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Toyota"nın Avstraliya üzrə satış və marketinq meneceri Sin Hanley deyib. 

Onun sözlərinə görə, son illərdə dizel ilə çalışan avtomobillər populyarlığını itirsə də, satışları tamamilə dayanmayacaq. Hanley bildirib ki, dizellər xüsusilə yük maşınları üçün çox etibarlı yanacaq mənbəyidir. 

Ancaq "Toyota" rəsmisi onu da vurğulayıb ki, dizel mühərrikli avtomobillərin bazarda qala bilməsi üçün onlar gündən-günə sərtləşən emissiya qaydalarına uyğun olmalıdır.

Pərviz

0