"Fielder" "Prius"u əvəzləyəcək?

AVTO
11:57 / 06.04.2024
2278

Azərbaycanda "Toyota Prius" avtomobillərini "Toyota Fielder" modellərinin əvəz edəcəyi proqnozlaşdırılır.

Hit.az bildirir ki, "Fielder" modeli daha komfortlu hesab olunur. 

Bəs "Fielder" hansı əsas xüsusiyyətlərə malikdir?

Ümumiyyətlə, "Fielder" modeli 2012-ci ildən etibarən istehsal olunur. Bu modelin mühərrikinin həcmi 1.5 litrdən 2.2 litrə qədər olur. Mühərrikin gücü isə 74 at gücündən 190 at gücünə qədərdir. Üstəlik, bu avtomobil də eynilə "Prius" kimi hibriddir. Lakin "Prius"dan fərqli olaraq əyləc problemləri ilə diqqət çəkmir. 

Artıq Azərbaycan bazarında da "Toyota Fielder" modeli avtomobillərin satışı müşahidə olunur. Son həftələrdə bu modelə maraq daha da artıb. Avtomobil satıcıları bildirir ki, taksi sürücülərinin sözügedən modelə təlabatı yüksəkdir. Xüsusilə də "Prius"u "Fielder"lə dəyişənlərin sayı artmaqdadır. 

Bir neçə gündür ki, paytaxt küçələrində "Toyota Fielder" avtomobillərini daha çox görməyə başlamışıq. Sürücülər bu modelin daha rahat və komfortlu olduğunu söyləyirlər. Buna baxmayaraq, avtomobilin "Prius"la nisbətən uzun olmasının bəzi yerlərdə bir az problem  yarada biləcəyini deyirlər. 

Görünən odur ki, yaxın gələcəkdə sifariş verdiyimiz taksilərin böyük əksəriyyəti məhz "Fielder" modeli avtomobil olacaq. 

Pərviz

0