"Tesla"dan gözlənilməz addım: Ucuz elektromobil layihəsi...

AVTO
11:05 / 17.04.2024
530

ABŞ-nin nəhəng avtomobil istehsalçısı "Tesla" sürpriz addım atıb.

Hit.az xəbər verir ki, şirkət ucuz elektrikli avtomobil istehsal etmə planını təxirə salıb.

25 min dollar dəyərində olması gözlənilən "Model 2" avtomobilləri gözləniləndən daha gec istehsal olunacaq. Şirkətin sahibi İlon Mask sözügedən layihəni ləğv etdikləri iddialarını təkzib etsə də, bu plan geri plana düşüb. 

Elektrikli avtomobil satışlarının azalmasının bu qərara təsir etdiyi bildirilir. "Tesla" hazırda bütün diqqətini sürücüsüz taksi modellərinin istehsalına yönəldib.

Xatırladaq ki, "Tesla"nın bir müddət əvvəl elektrikli avtomobil satışları azaldığı üçün 13 mindən çox işçisini ixtisar edəcəyinə dair xəbərlər yayılmışdı.

Pərviz

0