"Tesla"nın ən ucuz modeli kəskin BAHALAŞDI 

AVTO
14:05 / 22.04.2024
685

ABŞ-nin elektromobil istehsalçısı "Tesla"nın ən ucuz modeli bahalaşıb.

Hit.az xəbər verir ki, söhbət "Model Y" avtomobilindən gedir.

Belə ki, Türkiyədə "Model Y" avtomobillərinin qiyməti gecə qalxıb. Sözügedən modellərin qiyməti 2,5 milyon lirəni keçib. Modelin qiyməti 814 min bahalaşaraq 2 milyon 605 min 747 lirə olub.

Qeyd edək ki, "Model Y" avtomobilləri qardaş ölkədə yanvar ayında 220, fevralda 75 olmaqla toplam 295 ədəd satılıb.

Pərviz

0