"Land Rover"də ən çox qarşılaşılan PROBLEMLƏR 

AVTO
11:54 / 25.04.2024
522

Dünyanın ən çox satılan avtomobillərindən olan "Land Rover" bəzən problemləri ilə də gündəmə gəlir.

Hit.az "Land Rover" modellərində ən çox rast gəlinən problemləri araşdırıb.

Məlum olub ki, sözügedən avtomobillərdə ən çox narahatçılığa səbəb olan problemlərin başında amortizatorla bağlı məsələlər gəlir. Bu, "Land Rover" avtomobillərinin əksəriyyətində rast gəlinir. Həmçinin, bu modellerdə elektrik problemləri də yaşanır. Belə ki, bu avtomobillər bir neçə gün istifadə olunmayanda akkumulyatorun enerjisi tükənə bilir.

Bəzən də mərkəzi kilidlənmə və ABS sistemində də xətalar olur. Bundan başqa, "Land Rover" sürücüləri yağ sızması səbəbindən də tez-tez ustaya müraciət edirlər. Xüsusilə keçmiş modellərdə buna daha çox rast gəlinir. Yağ sızma problemini mümkün qədər tez həll etmək lazımdır. Əks təqdirdə, mühərrikdə də problemlər meydana gəlir. Müntəzəm texniki qulluq və yoxlamalar yağ sızmalarının qarşısını almağa kömək edə bilər. 

Hava yastığı ilə bağlı nasazlıq da bu avtomobillərə xasdır. Təəssüf ki, bəzi qəzalarda hava yastığı ya açılmır, ya da səhv istiqamətdə açılır. Bu da təhlükəsizlik üçün çox ciddi məqamdır.

Bundan əlavə, əyləc problemlərini də qeyd etmək lazımdır. "Land Rover"də əyləc nasazlığının qarşısını almaq üçün əyləclərinizi mütəmadi olaraq ustalar tərəfindən yoxlanılması çox vacibdir. Mütəxəssislər bildirirlər ki, qeyri-adi səslər və ya əyləcin zəif işləməsi kimi əyləc problemlərinin hər hansı əlamətlərini görsəniz, avtomobilinizi dərhal ustaya göstərin.

Sözügedən avtomobillərdə sükanla bağlı problemlər də özünü göstərir. Belə ki, sükanın titrəməsi köhnə modellərdə çox rast gəlinir. Həmçinin, bu problem olan avtomobillərdə sükanın kilidlənməsi də çətinləşir. 

Əgər "Land Rover"də bu problemlərdən hər hansı biri ilə qarşılaşırsınızsa, onu servisə aparın.

Pərviz

0