Çin nəhəng avtomobil istehsal etdi - FOTOLAR

AVTO
11:10 / 02.05.2024
633

Çinin "Dongfeng" şirkəti tərəfindən yeni avtomobil istehsal olunub.

Hit.az xəbər verir ki, sözügedən model Pekin Avtomobil sərgisində təqdim olunub.

Model "2024 Concept Pickup Truck" adlanır. "Dongfeng"in elektrikli yük maşını 1305 at gücünə sahibdir. Bu isə avtomobilin bənzərsiz gücə sahib olduğunu göstərir. Lakin avtomobilin nə zaman satışa çıxarılacağı açıqlanmayıb.

Avtomobil olduqca böyük marağa səbəb olub. Sözügedən modelin fotolarını təqdim edirik:

Pərviz

0