Türkiyədə iyunda ən çox hansı avtomobillər satılıb? - SİYAHI

AVTO
09:35 / 03.07.2024
721

Türkiyədə ötən ay ən çox satılan avtomobillərin adı bəlli olub.

Hit.az xəbər verir ki, bu barədə Avtomobil Distribyutorları və Mobillik Dərnəyi (ODMD) məlumat yayıb.

Bildirilib ki, qardaş ölkədə iyun ayında 100 mindən çox avtomobil satılıb. Bu isə öncəki ayla müqayisədə artım deməkdir. Amma 2023-cü ilin eyni dövrü ilə müqayisə avtomobil satışları 5,3 faiz azalaraq 106 min 238 ədəd təşkil edib.

Türkiyədə iyun ayı ərzində ən çox satılan avtomobillər isə aşağıdakılardır:

1. "Renault" - 9 min 672 ədəd
2. "Fiat" - 9 min 46 ədəd
3. "Chery" - 7 min 511 ədəd
4. "Citroen" - 5 min 505 ədəd
5. "Peugeot" - 5 min 118 ədəd
6. "Volkswagen" - 5 min 43 ədəd 
7. "Hyundai" - 4 min 683 ədəd
8. "Toyota" - 4 min 513 ədəd
9. "Skoda" - 4 min 352 ədəd
10. "Opel" - 3 min 574 ədəd

Pərviz

0