Cənubi Koreyanın nəhəng avtomobil istehsalçısı "Kia" yeni model istehsal edib.
Hit.az xəbər verir ki, şirkət ilk pikap modelini satışa çıxarıb.
"Tasman" adlı model təqdim olunub. Avtomobil Cənubi Koreyada istehsal olunacaq, Yaxın Şərq və Afrika ölkələrində satılacaq.
Sözügedən avtomobilin həm benzin, həm də dizellə çalışan modelləri satışa çıxarılacaq. Cənubi Koreyada satılacaq "Tasman" 277 at gücündə olacaq. Mühərrik həcmi isə 2,5 Litrdir. Avtomobil 0-dan 100 kilometr sürətə 8,5 saniyədə çatır.
Modelin maksimal sürəti isə 185 km/saat olaraq müəyyən edilib. Avstraliyada satılacaq model 207 at gücünə və 2,2 litrlik turbo dizel mühərrikinə sahib olacaq.
Qeyd edək ki, "Tasman" 2025-ci ildə satışa çıxarılacaq. Həmçinin, "Kia" 2027-ci ildə daha bir pikap modelini təqdim edəcək.
Pərviz