Mütəxəssislər xəbərdarlıq etdi: Bu 3 məşhur pikap puluna dəymir

AVTO
20:56 / 06.10.2026
76

Mütəxəssislər dünyada geniş istifadə olunan üç məşhur pikap modelinin uzunmüddətli istismar baxımından xərclərinə dəyməyə biləcəyini açıqlayıb.

HİT.az-ın məlumatına görə, mütəxəssislər arasında “Ram 1500”, “Ford F-150” və “Chevrolet Silverado 1500” kimi məşhur modellər də yer alıb.

Avtomobil və yol təhlükəsizliyi üzrə ekspert Maykl Kruzun sözlərinə görə, “Ram 1500” yüksək yedəkləmə qabiliyyəti və keyfiyyətli interyeri ilə seçilsə də, etibarlılıq baxımından problemlər yarada bilər. Xüsusilə pnevmatik asqı sistemindəki nasazlıqların təmirinin baha başa gəldiyi bildirilir. Mütəxəssislər mühərrikin təmiri, eksantrik valın və klapan itələyicilərinin dəyişdirilməsini də mümkün bahalı işlər sırasında göstərirlər.

“Ford F-150” də ekspertlərin tənqid etdiyi modellərdəndir. Kruz xüsusilə turbomühərrikli versiyaların uzunmüddətli etibarlılığı ilə bağlı sualların olduğunu bildirib. Onun sözlərinə görə, bu mühərriklərdə yağ sərfiyyatı arta və ciddi nasazlıq zamanı təmir xərcləri yüksək ola bilər.

Digər ekspert Tayler Uilyams isə bəzi köhnə F-150 versiyalarında, xüsusilə 2004–2008-ci illərdə istifadə olunan 5,4 litrlik V8 Triton mühərriklərində şamların sınması, qazpaylama zənciri və eksantrik valın faza dəyişdiriciləri ilə bağlı problemlərin yarana bildiyini qeyd edib.

Siyahıda “Chevrolet Silverado 1500” də yer alıb. Mütəxəssislər bu modeldə transmissiya ilə bağlı problemlərin müşahidə olunduğunu, bəzi sürücülərin ötürücülərin dəyişdirilməsi zamanı nasazlıqlardan şikayət etdiyini bildiriblər. Bundan başqa, pikapın sərt asqısının gündəlik istifadə zamanı komfortu azaltdığı vurğulanıb.

Mütəxəssislərin fikrincə, bu modellər müəyyən üstünlüklərə malik olsalar da, avtomobilin alınma qiyməti ilə yanaşı, yanacaq, texniki xidmət və mümkün təmir xərcləri də nəzərə alınmalıdır.

Samir

0