Dünyanın ən bahalı almaslarından biri hərraca çıxarılacaq - REKORD QİYMƏT

DÜNYA
23:23 / 12.09.2020
1061

Bu ölçüdə nadir rast gəlinən almazın satış qiymətinin rekord bir məbləğ olacağı gözlənilir.

Sonxeber.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata əsasən, Kanadanın Ontario əyalətində 2018-ci ildə tapılmış 271 karatlıq kobud bir almazdan kəsilmiş oval daş almazın qiymətləndirildiyi "dörd C" meyarının hər birində (kəsim, rəng, dəqiqlik və karat ağırlığı) üst sırada yer alıb.

Ağ almaz ən yüksək dərəcə "D rəngi" olaraq təsnif edilib. Qüsursuz olduğu üçün kimyəvi baxımdan dünyanın ən şəffaf və simmetrik almazları arasında yer alıb.

Brilyantın satılacağı hərrac 5 oktyabr tarixində Hong Kongda keçiriləcək.

0