Ruslar Qarabağda 8,7 min partlayıcı tapdı

DÜNYA
14:20 / 24.12.2020
686

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sülhməramlılar 274 hektar ərazi, 105 kilometr yol və 451 tikintini minalardan təmizləyib. 8.7 mindən çox partlayıcı aşkar edilərək zərərsizləşdirilib.

0