Kipr, Yunanıstan və Misir hərbi əməkdaşlığı möhkəmləndirmək barədə müqavilə imzalayıb.
Xarici KİV-in xəbərinə görə, müqavilə 3 ölkə arasında əməkdaşlığı dərinləşdirməyə və ortaq hərbi təlimlər keçirməyi nəzərdə tutur.
Xatırladaq ki, hər 3 ölkə Türkiyə ilə soyuq münasibətlərə malikdir. Yunanıstan və Kiprlə isə Ankaranın ərazi mübahisəsi də mövcuddur.
Modern.az