Antaliyada rusiyalı turistləri daşıyan avtobus qəzaya düşdü - ölənlər var

DÜNYA
21:24 / 02.08.2021
1014

Antaliya əyalətinin Manavqat rayonunda turist avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Hit.az NTV-yə istinadən xəbər verir ki, rusiyalı turistləri daşıyan avtobus əvvəlcə ayırıcı bəndə çırpılıb, sonra isə qarşı zolağa çıxaraq aşıb.

Hadisə yerinə xeyli sayda polis və təcili yardım maşınları cəlb edilib. Yaralananlar xəstəxanalara yerləşdirilib.

0