Bu gün Gürcüstanda iki zəlzələ qeydə alınıb.
Bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu gün Tbilisi vaxtı ilə saat 19:25-də Dmanisi rayonunun Sameba kəndində 3,4 bal gücündə zəlzələ baş verib.
Qeyd olunub ki, bundan əvvəl isə 12:55-də Tbilisidən 25 kilometr məsafədə, Bolnisi yaxınlığında 3,5 bal gücündə zəlzələ olub.
Tələfat və dağıntı barədə məlumat yoxdur.
“Qafqazinfo”