ABŞ vətəndaşlarına çağırış etdi: Bu ölkəni dərhal tərk edin

DÜNYA
21:19 / 12.08.2021
849

ABŞ-ın Əfqanıstandakı Səfirliyi öz vətəndaşlarına mövcud uçuşlardan istifadə edərək Kabil və digər şəhərləri dərhal tərk etməyi tövsiyə edib.

HİT.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesablarında məlumat yayılıb.

Qeyd edək ki, “Taliban” ölkənin 3-cü böyük şəhəri olan Herat şəhərinə də nəzarəti ələ alıb.

Hazırda ölkənin əksər bölgələrində "Taliban"la hökumət qüvvələri arasında güclü atışmalar gedir.

0