Türkiyədə sel nəticəsində ölənlərin sayı artdı

DÜNYA
23:03 / 13.08.2021
997

Türkiyədə sel fəlakətində ölənlərin sayı artıb.

Bu barədə ölkənin səhiyyyə naziri Fəxrəddin Qoca bildirib.

O, qeyd edib ki, Kastamonuda 32, Sinopda isə 6 nəfərin həyatını itirməsilə fəlakət qurbanlarının sayı 38-ə çatıb

**20:16

Türkiyədə sel fəlakəti nəticəsində daha 4 nəfər həyatını itirib.

HİT.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilir ki, bununla da həyatını itirənlərin sayı 31-ə çatıb. Onlardan 29-u Kastamonu, ikisi isə Sinopda həlak olub.

Bartında isə bir nəfər itkin düşüb. Axtarışlar davam edir.

0