“Taliban” Kabilin döyüşsüz təhvil verilməsi üçün danışıqlara başladı - YENİLƏNİB

DÜNYA
12:42 / 15.08.2021
1990

Radikal "Taliban" hərəkatı öz döyüşçülərinə Kabilə hücum etməməyi əmr edib.

HİT.az xəbər verir ki, bu barədə "Taliban" hərəkatının sözçüsü Zabihullah Mücahid "Twitter" səhifəsində bildirib.

Zabihullah Mücahid yazıb ki, döyüşçülərimizə Kabilə girişdə qalmağı və şəhərə hücum etməməyi əmr etdik.

Əfqanıstan 1TV telekanalının verdiyi məlumata görə, "Taliban" rəhbərliyi qoşunlarına birbaşa Kabilə girməməyi tapşırıb.

Hazırda telekanal qeyd edir ki, "Taliban" hərəkatın qoşunlarının şəhərə sülh yolu ilə daxil olması üçün ölkə hökuməti ilə danışıqlar aparır.

12.00

Əfqanıstanın Daxili İşlər Nazirliyi "Taliban" hərəkatı silahlılarının ölkənin paytaxtı Kabilə daxil olduğunu bəyan edib.

HİT.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"RİA Novosti" agentliyi isə silahlılarln paytaxtın qərbindəki Kabil universitetinə nəzarəti ələ keçirdiyini xəbər verib. Qeyd edilir ki, Kabilin rayonlarından birində "Taliban"ın bayrağı ucaldılıb.

0