"Taliban" faktoru: Azərbaycanda islam radikalizmi güclənə bilər?

DÜNYA
15:41 / 16.08.2021
2110
"Azərbaycan və ətrafda islam radikalizmi baş qaldıra bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Əfqanıstanda "Taliban” hərəkatının hakimiyyətə gəlməsilə radikal islam fundamentalizminin ətraf bölgələrə, o cümlədən Azərbaycana sirayət etməsi təhlükəsindən danışarkən deyib. Politoloq belə bir təhlükəni istisna etməyib:
 
 
"Gözləniləndir. Düzdür, həmin təhlükə əsasən Orta Asiya ölkələrin öz ağuşuna alacaq. Ona görə ki, Əfqanıstana daha yaxın dövlətlərdir. "Taliban" Əfqanıstanda tam şəkildə möhkəmləndikdən sonra diqqətini məhz Orta Asiyaya yönəldəcək. Belədə müəyyən dərəcədə sözügedən təhlükə Azərbaycanda da özünü göstərə bilər. Əfqanıstanda türkdilli xəzərlər yaşayır. Onların ölkəmizə axını baş verə və bu fonda onlar Azərbaycanda da müəyyən gərginlik yarada bilərlər. Bütün hallarda taliblərin hakimiyyətə gəlişi İslam ölkələrində islam fundamentalizmin güclənməsinə müəyyən stimul yaradacaq”.    
 
Bu səbəbdən həmsöhbətimiz indiki şəraitdə Azərbaycanın həddən çox əfqan miqrantını qəbul etməsinin yolverilməz olduğunu düşünür: 
 
"Çoxsaylı əfqan miqrantının qəbulu ölkəmiz üçün ciddi problemlər yarada bilər”.
 
Rüfət Sultan
0