BMT taliblərə sanksiya tətbiq edəcək?

DÜNYA
23:30 / 23.08.2021
690

“Hər hansı bir sanksiya Əfqanıstandakı humanitar vəziyyəti ağırlaşdırmamalıdır”.

HİT.az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi birifinqdə taliblərə qarşı hər hansı yeni sanksiyanın olub-olmayacağı ilə bağlı suala cavabında deyib.

“Biz hər zaman bildirmişik ki, sanksiya Təhlükəsizlik  Şurasının arsenalında çox vacib vasitədir. Nə olursa olsun, sanksiyalar humanitar vəziyyəti ağırlaşdırmamalıdır. Bu, Baş katibin mövqeyidir”, - deyə Dujarrik bildirib.

Qeyd edək ki, daha əvvəl Kanadanın Baş naziri Castin Trudo ölkəsinin “Taliban”a qarşı sanksiya tətbiq edilməsi təşəbbüsünü dəstəklədiyini və G7 sammitində də bu məsələni qaldıracağını deyib.

0