Türkiyə hərbçilərini Əfqanıstandan çıxarır

DÜNYA
21:35 / 25.08.2021
1824

Türkiyə Əfqanıstanda xidmət edən hərbçilərini geri qaytarır.

HİT.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, mövcud vəziyyət və şərtlər dəyərləndirilərək Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinin Əfqanıstandan təxliyyəsinə başlanılıb:

“TSK üzərinə düşən bu vəzifənin öhdəsindən də uğurla gələrək vətənə geri dönür. Həmid Kərzai hava limanında baş verən qarşıdurmaya digər ölkə hərbçiləri ilə müdaxilə edilmiş, təhlükısizlik təmin edilmişdir. Bu müddətdə təyyarələrimizlə 1129 nəfər təxliyyə olunub”.

0
Qafqazinfo