Kabildəki partlayışda amerikalı hərbçilər həlak oldu

DÜNYA
22:20 / 26.08.2021
837

Kabil hava limanı yaxınlığında baş vermiş partlayışda ABŞ-ın 4 dəniz piyadası həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın müxbiri məlumat verib. O, Tvitter səhifəsində yazıb:

“ABŞ-ın Kabildəki səfiri işçilərinə bildirib ki, partlayış nəticəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 4 hərbçisi ölüb, 3-ü isə yaralanıb”.

Hərbçilərin ölüm xəbəri Pentaqon tərəfindən təsdiqlənsə də, onların dəqiq sayı açıqlanmayıb.

Qeyd edək ki, Kabil hava limanı yaxınlığında baş vermiş 2 partlayış nəticəsində 40 nəfər ölüb, 120 nəfər yaralanıb. İlk partlayış kamikadze tərəfindən, ikincisi isə minalanmış avtomobilin partladılması nəticəsində törədilib.

0