Rusiyada “Su-24” bombardmançı təyyarəsi qəzaya uğradı

DÜNYA
18:24 / 27.08.2021
703

Rusiyada “Su-24” bombardmançı təyyarəsi qəzaya uğrayıb.

Hit.az Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, təyyarə qəzası Perm vilayəti ətrafında baş verib.

“Su-24” bombardmançı təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Hazırda “Su-24”-ün katapult edən iki ekipaj üzvünün axtarışları aparılır.

0