Kabil aeroportunda yeni terror aktı törədilə bilər - Bayden xəbərdarlıq etdi 

DÜNYA
23:50 / 28.08.2021
1158

Amerika hərbçiləri ən yaxın 24-36 saatda Əfqanıstanın paytaxtı Kabilin aeroportuna terrorçuların yeni hücum ehtimalının yüksək olduğunu güman edirlər.

Hit.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.

"Vəziyyət fövqəladə dərəcədə təhlükəli olaraq qalır, aeroporta terror hücumları təhlükəsi əvvəlki kimi yüksəkdir. Bizim komandanlığımız mənə bildirdi ki, növbəti 24-36 saatda hücum ehtimalı olduqca yüksəkdir", - o deyib.

Onun sözlərinə görə, ABŞ İŞİD terror qruplaşmasına bir zərbə ilə kifayətlənməyəcək və Amerikanın 13 hərbçisinin həyatına son qoymuş partlayışda iştirak edənləri izləməyə davam edəcək.

0