İsveçrə iş adamını Rusiyaya verməkdən imtina etdi

DÜNYA
23:16 / 30.08.2021
734

İsveçrə iş adamı Vladislav Klyuşinin ekstradisiyası ilə bağlı Rusiyanın tələbini rədd edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə isveçrənin Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Klyuişin İsveçrədə cinayət məsuliyyətinə cəlb olunmayıb və bu səbəbdən ekstradisiya tələbi qəbul edilmir.

“Avropa İttifaqı Konvensiyasına uyğun olaraq ekstradisiyanın vacib şərti olan ikili cinayətkarlığın olmaması səbəbindən, 12 Avqust 2021-ci ildə Federal Ədliyyə Nazirliyi tələbin rədd edildiyini Rusiya hakimiyyətinə bildirdi”, - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, Klyuşin ABŞ-ın sorğusu əsasında İsveçrədə həbs edilib. O, ABŞ-da maliyyə fırıldaqçılığında ittiham edilir.

0
“Qafqazinfo”