Gürcüstanda dərslər distant formada olacaq

DÜNYA
13:36 / 31.08.2021
962

Gürcüstanda yeni dərs ili sentyabrın 15-dən etibarən distant formada bərpa olunacaq.

“Report” xəbər verir ki, bu barədə qərar Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasına qəbul edilib.

Qərara əsasən, bu qaydada tədris prosesi oktyabrın 4-dək davam edəcək.

Ali və peşə məktəblərində də analoji qayda tətbiq olunacaq.

Digər qərarla dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə oktyabrın 4-dək məhdudiyyət tətbiq ediləcək.

0