Çempion boksçu yol qəzasında həlak oldu

23:02 / 31.08.2021
1548

Moldovalı boksçu Vasili Belous 34 yaşında yol qəzası nəticəsində həlak olub.

Hit.az-ın məlumatına görə, bu barədə Moldovanın "publika.md" portalı xəbər verir.

Qəza Moldovanın Oçnitsa bölgəsində baş verib. Belə ki, Belous idarəetməni itirərək avtomobilini monastırın daş qapısına çırpıb.

Belous 2017-ci il boks üzrə Avropa Çempionatının bürünc mükafatçısı, çoxqat Moldova çempionudur. 2012-ci il Olimpiya Oyunlarında isə ikinci turda məğlub olub.

0