ABŞ daha 19 vətəndaşını Əfqanıstandan çıxardı

DÜNYA
23:30 / 10.09.2021
929

ABŞ hökuməti digər ölkə səlahiyyətlilərinin köməyi ilə Əfqanıstandan daha 19 vətəndaşını və ABŞ-da yaşamaq icazəsi olan 2 nəfəri təxliyə edib.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Emili Horn məlumat verib.

ABŞ vətəndaşları Qətər Hava Yolları vasitəsilə çarter reysilə Əfqanıstanı tərk edib.

Bildirilib ki, digər 2 nəfər isə quru nəqliyyatı ilə qonşu dövlətlərdən birinə keçib.

1
Modern.az