Hulusi Akar xəbərdarlıq etdi

DÜNYA
22:36 / 11.09.2021
1232

“Bu ilin əvvəlindən etibarən Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraq və Suriyanın şimalında, eləcə də, ölkədaxili əməliyyatlarda ümumilikdə 1926 terrorçu zərərsizləşdirilib”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-Suriya sərhədinə səfəri zamanı bildirib.

Sentyabrın 11-i terrorçuların hücumu zamanı yaralanan əsgərlərin ikisinin vəziyyətlərinin qənaətbəxş olduğunu, digər birinin isə əməliyyat ediləcəyini qeyd edən nazir deyib:

“Terrorla mübarizəmiz davam edəcək. Səbir, əzm və qətiyyətlə bu mübarizəyə davam edəcəyik. Sərhədlərimizin cənubunda necə adlandırılmasından asılı olmayaraq, hər hansı bir quruluşun fəaliyyətinə icazə verməyəcəyik”.

0
“Qafqazinfo”